Azərbaycanlı şairin içdiyi “Bizon”dan şüşə qırıntıları çıxdı –"Ölsəm, səbəbi "BİZON"dur" (FOTO)

Azərbaycanda satılan “BİZON” energetik içkisinin içərisindən şüşə çıxıb.

Bu haqda gənc şair Elşad Barat öz sosial media hesabında yazıb. Barat “BİZON”un içərisindən çıxan şüənin şəkilini paylaşaraq yazıb:

“Sol əlimdəki şüşə sağ əlimdəki bizonun içindən çıxdı. Qapağı açdım, xırda-xırda, nazik şüşələr ilk qurtumda getdi. Sanki fiziki hesablamalar aparılıb, bizonun sıxlığı şüşənin sıxlığından çox olduğu üçün şüşə üzdə qalır ki, susuzluqdan ciyəri yanan adam alıb başına çəkəndə ilk qurtumda şüşəni udmuş olsun. Yaxında ölüb eləsəm, səbəbi Bizondur. Qabın üzərindəki qaynar xəttə (012-447-10-55) zəng etdim, nömrə borcdan bağlıdır. Bu qədər pul qazanırlar, 3 manat telefona ödəyə bilmirlər. Suya niyə şüşə qatıblar? Bunlar nə etmək istəyir? Milləti qırmaq?”

Qeyd edək ki, bir müddət bundan öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “BİZON”un əslində energetik içki olmadığını, istehlakçıların aldadıldığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb

Sonrakı məqalə

Məşhur sovet dissidenti Sergey Kovalyov vəfat edib –