“Azəriqaz” ölkə ərazisində yaranan qaz təchizatı problemlərinin səbəbini araşdırır

“Azəriqaz” İstehsalat Birliyi ötən gün gecə saatlarında qaz təchizatı ilə bağlı respublika ərazisində yaranan problemlərin səbəbini araşdırır.

Bunu “APA-Economics”ə “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, problemlər əsasən kənd yerlərində müşahidə olunub: “Rayon mərkəzlərində və strateji obyektlərdə qaz təchizatı ilə problemlər olmayıb”. Səfərov onu da əlavə edib ki, hazırda İB mütəxəssislərdən ibarət heyət araşdırma aparır: “Araşdırma aparılır ki, problemlər harada yaranıb. Heyət ərazilərə ezam olunub”.

Şöbə rəisi qazın kəsildiyi rayonların adını sadalamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisdə ölkədə koronavirusla bağlı vəziyyətə dair dinləmə keçiriləcək

Sonrakı məqalə

Bayden bir sıra rəhbər vəzifələrə müvəqqəti təyinatlar edib