Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Azərsu” ziyanla işləyirsə, rəhbərliyi necə ərəb şeyxləri kimi yaşayır?!” –

User 13 Mart 2023 - 11:43 (Last updated: 21 May 2025 - 20:15)
natiq ceferli
İqtisadçı-ekspert Natiq Cəfərli tariflərin artırılmasını təklif edən “Azərsu” ASC-ni sərt tənqid edib. 
Azpost.info bildirir ki, N.Cəfərli  “Azərsu ASC”nin sədr müavini Etibar Məmmədovun bununla bağlı açıqlamasını “bərbad idarəetmə” adlandırıb.
Etibar Məmmədov  açıqlamsında içməli suyun əhaliyə maya dəyərindən aşağı satıldığını deyib. Məmur qeyd edib ki, tariflər normal olsa, “Azərsu” ASC daha rentabelli fəaliyyət göstərə bilər. “Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində bu tariflə su satılmır”.
N.Cəfərli bu arqumentə etiraz edib:  “Bunlar rəsmən camaatı dolayıblar. Etibar müəllim, suyun maya dəyərini necə hesablayırsız? Cəmi 2 il əvvəl suyun qiymətini birdən-birə 2 dəfə artırdınız, yenə gözünüz doymadı?! Rentabelli işləmək üçün qiymət artırmaq ən sonuncu yoldur. İqtisadiyyat elmi deyir ki, maya dəyərini aşağı salmaq üşün ilk növbədə xərcləri azaltmaq lazımdır. Yəni, məhz məmurların oğurladığı pullar, xərcləri şişirtməsi maya dəyərini artıran əsas amildir. Yaxşı, gəlin belə bir eksperiment edək. Jurnalistlərdən ibarət bir qrup “Azərsu ASC”-nin bütün rəhbərlərinin evlərini, bağlarını, sürdüyü maşınları çəksin. Sonra da siz hamınız çıxın izah edin ki, rentabelsiz işləyən “Azərsu” rəhbərliyi nədən ərəb şeyxləri kimi yaşayırlar?! Yaxşı, ziyanla işləyirsinizsə, nədən bu qədər varlısınız?!”
Ekspert bildirib ki, məmurlar  qiymət artırmaq istəyəmdə inkişaf etmiş ölkələrə istinat edirlər, amma maaş-təqaüdə gələndə Afrikanı misal gətirirlər: “İnkişaf etmiş ölkələrdə dövlət inhisarçı şirkətlər, onları korrupsioner idarəedənlər olmur, maya dəyərini də şəffaf hesablayırlar, insanlar da normal maaş-təqaüd alırlar”.

Post navigation

Previous: “Çin Tayvanla birləşmə prosesini sürətləndirəcək”
Next: “Azərsu” qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib

Oxşar xəbərlər

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37

xƏBƏR

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Arıqlamaq istəyənlərin bir çoxu ilk addım kimi çörəyi, düyünü və digər karbohidratlı qidaları tamamilə menyudan çıxarır, yeməkləri...
Read more about Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.