Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Azərsun Holdinq” “Kaşalata” kafedə maarifləndirici təlim təşkil edib

User 08 Oktyabr 2025 - 13:33 (Last updated: 08 Oktyabr 2025 - 13:33)
az03

“Azərsun Holdinq” ölkədə ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün maarifləndirici təlim təşkil edib.

Tədbirin açılışında “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları salamlayaraq , şirkətin sosial məsuliyyət strategiyası çərçivəsində bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, bu layihə holdinqin həyata keçirdiyi sosial təşəbbüslərdən biridir.

“Biz ‘Kaşalata’ kafeyə məhsul dəstəyi göstərir, zəruri qida məhsulları ilə təmin edirik. Əsas məqsədimiz isə burada çalışan autizmli gənclərin cəmiyyətə inteqrasiyasına töhfə vermək, onların bacarıqlarını üzə çıxarmaq və layiqli əmək mühitində inkişaflarını dəstəkləməkdir.”

“Kaşalata” kafenin həmtəsisçisi və “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova kafenin yaranma tarixi və əsas məqsədi haqqında ətraflı məlumat verib.

O qeyd edib ki, bu layihə autizmli gənclərin əmək bazarına daxil olması və sosial mühitə uyğunlaşması üçün mühüm imkanlar yaradır:

“Autizmli gənclər üçün bu cür inklüziv iş yerləri onların potensialını gerçəkləşdirmək, bacarıqlarını nümayiş etdirmək və cəmiyyətin ayrılmaz bir hissəsi olduqlarını hiss etdirmək baxımından olduqca önəmlidir.”

Tədbirin növbəti hissəsində isə klinik psixoloq autizm nədir, onun yaranma səbəbləri, əsas əlamətləri və bu mövzu ilə bağlı cəmiyyətdə geniş yayılmış stereotiplər, yanlış təsəvvürlərlə bağlı məlumat verib.

Qeyd edək ki, “Azərsun Holdinq” illərdir davamlı şəkildə ölkədə inklüzivlik, sosial ədalət və rifahın artırılması istiqamətində mühüm addımlar atır.

“Kaşalata” ilə olan bu əməkdaşlıq da həmin təşəbbüslərin növbəti uğurlu nümunəsidir.

AzPost.az

Post navigation

Previous: İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib
Next: Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib

Oxşar xəbərlər

ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
prezident administrasiya qebul
  • Sosial

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

User 27 Oktyabr 2026 - 18:17

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.