2026-cı ildə Azərbaycana xarici ölkələrdən 28 milyon 630,18 min dollar dəyərində 12 min 299,76 ton ət idxal olunub.
Valyuta.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə ölkəyə 24 milyon 824,85 min dollar dəyərində 11 min 889,75 ton ət idxal edilmişdi.
Beləliklə, illik müqayisədə ət idxalı dəyər ifadəsində 3 milyon 805,33 min dollar və ya 15,33%, həcm ifadəsində isə 410,01 ton və ya 3,45% artıb.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,71%-ni təşkil edib.