“Azərbaycan Əlillər Cəmiyyəti” yeni layihənin icrasına başlayıb

“Əlillərin cəmiyyətə inteqrasiyasına dəstək” layihəsi Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin ilk təlim- tədbiri Beynəlxalq Qalerreyada keçirildi. Tədbiri Layihə rəhbəri Xədicə Mikayılova açaraq  layihə və təlim barədə məlumat verdi. O, qeyd etdi ki, Layihənin məqsədi əlil vətəndaşlarımızın istedadlarının üzə çıxarılması, onlara diqqətlərin yönəlməsi, fərd olaraq cəmiyyətə inteqrasiyası, dövlətin onlara  olan  diqqətin  təbliğidirdir. Layihə çərçivəsində  iki təlim keçiriləcək. Bu təlimlərdən sonra təlim iştirakçılarının rəsm  və əl işlərindən ibarət Sərgi təşkil olunacaq.

Daha sonra Xədicə Mikayılova Layihənin Eksperti Rahim Rzayevi təqdim etdi. Ekspert qeyd etdi ki, Dövlət bu qəbildən olan əhali qrupuna hər zaman qayğı, diqqətlə yanaşır. Elə belə tədbir- təlimlərlə, müxtəlif layihələrlə onların cəmiyyətin bir fərdinə çevrilməsi üçün böyük addımlar atılır. Rahim Rzayev qeyd etdi ki, ikinci təlimdə artıq iştirakçıların rəsm və əl işlərinə baxış keçiriləcək, əyani nümunələrə də vaxt ayrılacaq. Sərgi üçün hazırlıq aparılacaq.

“Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Xədicə Mikayılova Beynəlxalq Qalerreyanın rəhbəri Elnurə İsgəndərovaya layihəyə dəstəyinə, təlimin keçirilməsinə şərait yaratdığına görə minnətdarlığını bildirdi. Elnurə İsgəndərova belə bir maraqlı, gərəkli layihəni icra etdiyinə görə təşkilata  uğurlar arzuladı.

Təlimdə iştirak edənlər qeyd etdilər ki, fiziki məhdudiyyətli olsalar da cəmiyyətin bir fərdi olmaları üçün özlərini rəsm, əl işlərində təsdiq edirlər.

Təlimdə iştirakçılara dəftərxana ləvazimatları paylandı. İştirakçı siyahıları tərtib olundu. Foto-video çəkildi. Çay süfrəsi ətrafında təlim davam etdirilib.

Fotolar

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.