Azərbaycanda doğum kəskin azaldı, ölüm artdı– 6 ayın statistikası

Azərbaycanda 2026-cı ilin ilk yarısında doğulan uşaqların sayı azalıb, ölüm halları isə artıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələrində 40 798 doğum qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 818 doğum azdır.

Doğulan uşaqların 53,5 faizini oğlanlar, 46,5 faizini isə qızlar təşkil edib.

Eyni zamanda, ilin ilk altı ayında ölkədə 30 625 ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 225 nəfər çoxdur.

Beləliklə, ilin ilk yarısında doğumların azalması və ölümlərin artması əhalinin təbii artımı baxımından diqqətçəkən mənzərə yaradıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.