Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanda DSK-lar yenidən formalaşdırılır

User 17 Sentyabr 2026 - 16:18 (Last updated: 17 Sentyabr 2026 - 17:02)
msk

Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlərinin siyahısını təsdiq edib.

APA-nın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyalarının fəaliyyət müddəti 5 ildir, MSK bu gün 125 DSK-nı yenidən formalaşdırmalıdır.

MSK sədri qeyd edib ki, 1125 nəfər DSK üzvünün təyin olunması rəsmiləşəcək: “Siyahı mətbuatda dərc olunacaq. 5 gün müddətində bütün DSK-larda DSK sədri və katibi seçiləcək. Bu proses gecikməməlidir”.

 

**

Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanır. Mərkəzi Seçki Komissiyası bununla bağlı bu gün iclas keçirəcək.

İclasda dairə seçki komissiyalarının yeni tərkibinin formalaşdırılması ilə bağlı məsələyə baxılacaq. Seçki Məcəlləsində nəzərdə tutulan qaydaya əsasən, DSK üzvlüyünə namizədlər Milli Məclisdə çoxluğu, azlığı və heç bir siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir.

Hər DSK-da 9 üzv olacaq

Seçki Məcəlləsinə əsasən, hər bir dairə seçki komissiyası 9 üzvdən ibarətdir.

Onlardan:

3 üzvün namizədliyi Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən;

3 üzvün namizədliyi Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən;

3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

Beləliklə, DSK-ların formalaşdırılmasında üç tərəfin iştirakı nəzərdə tutulur və komissiyanın 9 üzvü bu prinsip əsasında müəyyənləşdirilir.

Müstəqil deputatları təmsil edən üzvlərin namizədləri

Qanunvericilikdə müstəqil deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilən namizədlərlə bağlı ayrıca razılaşdırma mexanizmi də nəzərdə tutulur.

Belə ki, hər DSK üçün həmin qrup tərəfindən irəli sürülən üç namizəddən ikisi digər tərəflərlə razılaşdırılır: namizədlərdən biri Milli Məclisdə çoxluğu təmsil edən tərəflə, digəri isə azlığı təmsil edən tərəflə razılaşdırılır.

Qərar və üzvlərin siyahısı açıqlanacaq

DSK-ların yenidən formalaşdırılması ilə bağlı MSK-nın qəbul edəcəyi qərar və qərara əlavə olunacaq dairə seçki komissiyalarının üzvlərinin siyahısı rəsmi mətbuatda dərc ediləcək.

Yeni tərkib barədə məlumatın MSK-nın internet səhifəsində də ictimailəşdirilməsi nəzərdə tutulur.

MSK-nın əvvəlki formalaşdırma təcrübəsində də DSK üzvlərinin namizədliyinin qanunvericilikdə müəyyən edilmiş bu bölgü əsasında təqdim edildiyi və sonda komissiyaların tam tərkibdə təşkil olunduğu açıqlanıb.

 

AzPost.az

Post navigation

Previous: Dövlət səhiyyəyə 2 milyard ayırır –
Next: İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – TAM MƏTN

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.