Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanda ən az maaş alanlar kimlərdir?

User 16 İyun 2026 - 16:37 (Last updated: 16 İyun 2026 - 16:37)
manat

 Azərbaycanda maaş reytinqinin əks qütbündə iqtisadiyyatın 10 fərqli sektoru qərarlaşıb.

Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsinin cari il üzrə son rəsmi hesabatlarına əsasən, ölkədə orta aylıq nominal əməkhaqqı 1151 AZN təşkil etdiyi halda, bu sahələrdə qazanc ümumi ölkə göstəricisindən rəsmi olaraq aşağıdır.

Ölkədə rəsmi rəqəmlərlə ən aşağı orta aylıq əməkhaqqı qeydə alınan sahələr hansılardır? Statistikaya əsasən, aqrar sektor və xidmət sahələrində çalışanların gəlirləri ölkə ortalamasından təxminən 30-35% aşağıdır.

Kənd təsərrüfatı, meşəçilik və balıqçılıqda  maaş 720 manatdır. Bu orta maaşdan 431 manat azdır. Ticarət və nəqliyyat vasitələrinin təmiri         sahəsində əmək haqqı 768 manatdır. Bu da orta maaşın məblğindən 383 manat aşağıdır. Təhsil sektoru üzrə orta aylıq maaş 824 manatdır. Bu da ortalama rəqəmdən 327 manat azdır. Səhiyyə və sosial xidmətlər üzrə maaşlar 850 – 900 manat civarındadır. Bu, orta aylıq əmək haqqından 250 manat aşağıdır.

Bu sahələrdə maaşların aşağı olma səbəbləri nədir?

Kənd təsərrüfatı və aqrar sektor rəsmi olaraq ölkədə ən az əməkhaqqı ödənilən sektordur. Səbəb isə birbaşa işin mövsümi xarakter daşıması və regionlarda qeyri-formal məşğulluğun (rəsmi əmək müqaviləsi olmadan işləyənlərin) payının yüksək olmasıdır. Muzdla çalışan az sayda işçi qüvvəsi əsasən iri aqroparklarda və dövlət meşə təsərrüfatlarında qeydə alınanlardır ki, burada da sıravi işçi maaşları baza səviyyəsindədir.

Ticarət və xidmət sektoruna pərakəndə ticarət, mağaza şəbəkələri, supermarketlər və texniki təmir sahələri daxildir. Muzdla çalışan işçilərin sayına görə bu sektor ölkədə 1-ci yerdədir (bütün işləyənlərin 18.5%-i). İşçi qüvvəsinin çoxluğu və ixtisas tələbinin (vəzifədən asılı olaraq) aşağı olması maaşların minimum həddə yaxın saxlanmasına səbəb olur.

Təhsil sahəsində çalışanlar ümumi işçi qüvvəsinin 18.3%-ni təşkil edir. Son illərdə sertifikasiya imtahanları və diaqnostik qiymətləndirmə ilə müəllimlərin maaşlarında 30%-dən 50%-ə qədər artımlar olsa da, sahə üzrə ümumi orta göstərici (bağça tərbiyəçiləri, texniki heyət, universitetlərin laboratoriya işçiləri daxil olmaqla) hələ də ölkə ortalamasından aşağı qalır.

İcbari Tibbi Sığortanın tətbiqi və həkimlərin xidməti fəaliyyətinə görə tətbiq edilən bonus sistemi bir çox tibb personalının gəlirlərini ciddi şəkildə artırıb. Lakin orta və kiçik tibb işçilərinin (tibb bacıları, sanitarlar) və dövlət sosial müdafiə strukturlarında çalışan sıravi kadrların maaş bazası ümumi ortalamanı aşağı çəkir.

Ekspertlərin rəyinə görə, maraqlı məqam ondan ibarətdir ki, ölkədə muzdla çalışanların təxminən 37%-i məhz ən aşağı maaş verən iki sahədə — təhsil və ticarətdə cəmləşib. Ekspertlər dövlət sektorunda, xüsusən də sosialyönümlü sahələrdə maaş balansının optimallaşdırılmasını yaxın illərin əsas iqtisadi prioritetlərindən biri hesab edirlər.

Samir Abdulla

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefonla danışıb
Next: “Veysəloğlu” “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.