Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Veysəloğlu” “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

User 16 İyun 2026 - 17:29 (Last updated: 16 İyun 2026 - 17:29)
veyseloqlu tedbir

Veysəloğlu Şirkətlər Qrupu rəhbər heyətin strateji idarəetmə bacarıqlarının inkişafı, komanda əməkdaşlığının gücləndirilməsi və süni zəka dövrünün yaratdığı yeni çağırışlara hazırlığın artırılması məqsədilə “Süni Zəka Dövründə Liderlik: AI emal edir, lider qərar verir” mövzusunda teambildinq formatında iki günlük liderlik forumu təşkil edib.

Quba Palace Hotel-də keçirilən forumda Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, şirkət rəhbərləri və top-menecerlər iştirak ediblər. Tədbirdə süni intellektin biznes proseslərinə təsiri, liderliyin transformasiyası, insan kapitalının inkişafı, effektiv qərarvermə və komanda idarəetməsində yeni yanaşmalar müzakirə olunub.

Forumun ilk sessiyasında NielsenIQ Türkiyə şirkətinin Baş direktoru Didem Şekerel Erdoğan və eyni şirkətdə Müştəri Portfelinin İnkişafı direktoru Nur Serenli qlobal iqtisadi və texnoloji dəyişikliklərin biznes mühitinə təsiri barədə çıxış ediblər.

Daha sonra data analitikası və süni zəka layihələri üzrə müstəqil ekspert Kamran Ağayev məlumat əsaslı idarəetmə, rəqəmsal transformasiya və süni intellekt həllərinin biznes proseslərinə inteqrasiyası mövzusunda fikirlərini bölüşüb.

Beynəlxalq konsultant Sinan Ergin “AI və insan kapitalının gələcəyi” mövzusunda çıxış edərək süni intellektin əmək bazarına təsiri və liderlərin dəyişən biznes mühitinə adaptasiyası barədə danışıb.

Millət vəkili Tahir Mirkişili isə süni intellekt dövründə idarəetmə, qərarvermədə insan faktorunun rolu və texnologiya ilə liderlik arasında balansın qorunması məsələlərinə toxunub.

Tədbir teambildinq formatında təşkil olunduğundan iştirakçılar müxtəlif interaktiv sessiyalara, komanda oyunlarına və əməkdaşlığı təşviq edən fəaliyyətlərə cəlb olunublar. Bu fəaliyyətlər rəhbər heyət arasında ünsiyyətin, qarşılıqlı etimadın və komanda ruhunun gücləndirilməsinə xidmət edib.

Forumun yekununda Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu bu cür təşəbbüslərin korporativ idarəetmə mədəniyyətinin inkişafı, innovativ düşüncənin təşviqi, liderlik potensialının gücləndirilməsi və komanda həmrəyliyinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu insan kapitalının inkişafını, innovativ idarəetmə yanaşmalarının tətbiqini və gələcəyin liderlərinin hazırlanmasını strateji prioritetlərindən biri hesab edir.

 

 

 

AzPost.az

Post navigation

Previous: Azərbaycanda ən az maaş alanlar kimlərdir?
Next: Tramp İranla mqavilənin mətnini Konqresə göndərəcək

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.