Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanda ən ucuz kreditlərin verildiyi regionlar

User 13 Fevral 2026 - 13:30 (Last updated: 13 Fevral 2026 - 00:57)
Kredit

Kredit

Azərbaycanda ən ucuz kreditlərin verildiyi regionlar açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə kreditlər üzrə ən aşağı faiz dərəcələri paytaxt Bakıda və işğaldan azad edilmiş Şərqi Zəngəzurda qeydə alınıb.

Siyahıya (ən ucuz kreditlər üzrə) Bakı iqtisadi rayonu başçılıq edir. Paytaxtda kreditlər üzrə orta faiz dərəcəsi 12,75% təşkil edir. Bu, ölkə üzrə ən aşağı göstəricidir. Bakıda kredit qoyuluşunun ümumi həcmi isə 22 milyard 838 milyon 546 min manat olub.

İkinci yerdə Şərqi Zəngəzur iqtisadi rayonu qərarlaşıb. Bu regionda kreditlər orta hesabla 14,42% dərəcəsi ilə verilir. Regionun kredit portfeli 26 milyon 516 min manat təşkil edib.

Naxçıvan iqtisadi rayonu 15,20% faiz dərəcəsi ilə ən ucuz kreditlərin verildiyi üçüncü region olub. Burada kredit qoyuluşunun həcmi 495 milyon 316 min manat olub.

Dördüncü sırada Abşeron-Xızı iqtisadi rayonu dayanır – burada orta faiz dərəcəsi 16,46%, kredit portfeli isə 1 milyard 218 milyon 93 min manat təşkil edib.

Siyahının beşinci pilləsində Şəki-Zaqatala iqtisadi rayonu (17,55%) qərarlaşıb. Bu bölgədə kredit qoyuluşunun həcmi 612 milyon 772 min manat olub.

Altıncı yerdə Gəncə-Daşkəsən iqtisadi rayonu gəlir. Bu regionda orta faiz dərəcəsi 17,85%, kreditlərin ümumi məbləği isə 896 milyon 114 min manat təşkil edib.

Yeddinci sırada isə Quba-Xaçmaz iqtisadi rayonu (17,93%) yer alıb. Burada kredit portfelinin həcmi 523 milyon 303 min manat olub.

AzPost.az

Post navigation

Previous: Pambıq satılmır –
Next: “İraq türkmanlarinın Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası” təsis edilib

Oxşar xəbərlər

neft serq
  • İqtisadiyyat

Neft 100 dolları keçib – ABŞ-İran razılaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək?

User 26 Oktyabr 2026 - 10:23
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 26 Oktyabr 2026 - 09:16
neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51

xƏBƏR

zelenski
  • Dünya

ABŞ-ın Putinə təqdim etdiyi sənəddə hansı şərtlər var? – Zelenski açıqladı

User 26 Oktyabr 2026 - 11:00
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukraynada müharibənin başa çatdırılması ilə bağlı Amerikanın təkliflərini əks etdirən sənədi...
Read more about ABŞ-ın Putinə təqdim etdiyi sənəddə hansı şərtlər var? – Zelenski açıqladı
Pentaqon 90 günlük müharibə planı hazırlayır – ABŞ bazaları necə qorunacaq? abs ordu
  • Dünya

Pentaqon 90 günlük müharibə planı hazırlayır – ABŞ bazaları necə qorunacaq?

User 26 Oktyabr 2026 - 10:52
Bu pensiyaçılara əlavə pul veriləcək – Kimlər siyahıdadır? pensiya02
  • Sosial

Bu pensiyaçılara əlavə pul veriləcək – Kimlər siyahıdadır?

User 26 Oktyabr 2026 - 10:42
Neft 100 dolları keçib – ABŞ-İran razılaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək? neft serq
  • İqtisadiyyat

Neft 100 dolları keçib – ABŞ-İran razılaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək?

User 26 Oktyabr 2026 - 10:23
Alimlərdən təəccüblü araşdırma – İnsan zorakılıqla ölərsə, “yenidən doğuluş” daha tez baş verir? olum dirim
  • Maraqlı

Alimlərdən təəccüblü araşdırma – İnsan zorakılıqla ölərsə, “yenidən doğuluş” daha tez baş verir?

User 26 Oktyabr 2026 - 10:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.