Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanda “Tesla”ların sayı sürətlə artır

User 29 May 2026 - 13:45 (Last updated: 29 May 2026 - 11:59)
tesla02

Azərbaycanda elektrik mühərriklə çalışan “Tesla” markalı avtomobillərin sayı sürətlə artır.  Bu barədə Banker.az-ın bu həftə tərtib etdiyi siyahıda bildirilir.

2026-cı ilin 1 yanvarına ölkədə 1 144 “Tesla” markalı minik avtomobili qeydə alınıb.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 609 ədəd və ya 113.8% çoxdur. Belə ki, 2025-ci ilin əvvəlində ölkədə 535 “Tesla” vardı.

Artım son iki ildə daha da diqqətçəkən olub. Statistikaya əsasən, 2024-cü ilin 1 yanvarında Azərbaycanda cəmi 244 “Tesla” markalı avtomobil qeydə alınmışdı. Beləliklə, iki il ərzində “Tesla” avtomobillərinin sayı təxminən 4.7 dəfə artıb.

Hazırda bazarda ən bahalı “Tesla” modellərindən biri “Cybertruck”dur. 2024-cü il istehsalı və “Tesla Cybertruck” üçün satış elanlarında 169.8 min manat qiymət göstərilir.

“Tesla Model X” modellərinin qiymətləri isə əsasən 54 min manatdan başlayaraq 110 min manata qədər dəyişir. 2023-cü il buraxılışlı “Model X” üçün 110 min manat, 2022-ci il istehsalı modellər üçün isə 107-109 min manat civarında qiymətlər təklif olunur.

“Tesla Model S” modellərinin qiymətləri təxminən 67.5 min manatdan başlayır və komplektasiya ilə vəziyyətindən asılı olaraq 97.7 min manata qədər yüksəlir.

Daha əlçatan seqmentdə yer alan “Tesla Model Y” avtomobilləri əsasən 55-87 min manat aralığında satılır. 2025-ci il istehsalı “Tesla Model 3” modelləri isə bazarda təxminən 56-90 min manat arasında təklif edilir.

AzPost.az

Post navigation

Previous: Əlilliyin müəyyən olunması üçün yeni qaydalar tətbiq olunacaq
Next: Rusiya sabahdan Ermənistandan meyvə-tərəvəz idxalına qadağa qoyacaq

Oxşar xəbərlər

trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.