Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya sabahdan Ermənistandan meyvə-tərəvəz idxalına qadağa qoyacaq

User 29 May 2026 - 14:01 (Last updated: 29 May 2026 - 12:02)
İdxal

İdxal

Rusiya mayın 30-dan etibarən Ermənistandan pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələk idxalını məhdudlaşdıracaq.

Bu barədə Rusiyanın nəzarət qurumu “Rosselxoznadzor” məlumat yayıb.

Artıq Rusiyanın müxtəlif dövlət qurumlarının qərarları ilə Ermənistandan Rusiyaya gətirilən gül-çiçək, erməni konyakı və şərabları, meyvə-tərəvəz, hətta mineral suların idxalı və satışı qadağan edilib.  

Ermənistan mallarına qadağaların qoyulması məşhur «Rospotrebnadzor»un (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) qərarları ilə başlayıb. Onun qərarı ilə «Vedi-Alco», Abovyan Brendi Zavodu və Şahnazaryan Şərab və Konyak Evinin məhsullarına qadağa qoyulub.

Agentliyin məlumatına görə, laboratoriya müayinələri «Getap Vernaşen» qırmızı yarımşirin şərabında, «Vedi Alco» quru ağ şərabında, «Ermənistan» 5-Ulduzlu Konyakında və Şahnazaryan XO konyakında məcburi fiziki və kimyəvi parametrlərə uyğunsuzluq aşkar edib.
Daha əvvəl isə «Rospotrebnadzor» Cermuk mineral suyunun idxalını və satışını qadağan etmişdi – onun kimyəvi tərkibinin etiketdə göstərilənə uyğun gəlməməsi və bikarbonat ionları səviyyəsini aşması səbəbindən. 

Mayın 22-də “ölkənin fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq” üçün Rusiyaya Ermənistan güllərinin idxalına qadağa qüvvəyə minib.
Xatırladaq ki, idxal bazarının bağlanması Rusiya hökumətinin qarşı tərəfi «cəzalandırmaq» üçün tez-tez tətbiq etdiyi üsullardandır.

Moskva bu addımları ilə bir tərəfdən Ermənistanı Ukrayna prezidenti Volodymyr Zelenskinin Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammitinə səfərinə görə «cəzalandırır». Digər tərəfdən isə seçki ərəfəsində olan və faktiki olaraq Rusiyavə Avropa arasında seçim edəcək Ermənistan cəmiyyətinə Rusiyanı seçməsələr nə baş verəcəyi barədə xəbərdarlıq edir. 

AzPost.az

Post navigation

Previous: Azərbaycanda “Tesla”ların sayı sürətlə artır
Next: İnsan alveri və məişət zorakılığına qarşı mübarizə ilə bağlı görüş keçirilib

Oxşar xəbərlər

rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.