Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə

1940-cı ildə ilk dəfə səhnəyə qoyulan, Azərbaycanın ilk milli baleti hesab olunan Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri “PAŞA Bank”ın dəstəyi ilə yenidən səhnədə canlandırılacaq.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından AZƏRTAC-a bildirilib ki, “PAŞA Bank”la teatr arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçiriləcək layihənin məqsədi əsərin tarixi və bədii ruhunu qoruyaraq onu müasir səhnədə yeni tamaşaçı nəsli ilə görüşdürməkdir.

Milli musiqi və rəqs ənənələrimizi klassik balet sənəti ilə birləşdirən “Qız qalası” Azərbaycan mədəni irsinin dəyərli nümunələrindən biridir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.