Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Bakıda II Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək

User 09 Sentyabr 2026 - 11:23 (Last updated: 09 Sentyabr 2026 - 11:23)
kiberdiplomatiya

Cari il noyabrın 19-da Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşlar ilə birgə Bakı şəhərində Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (ICCD 2026) keçiriləcək.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransın builki əsas mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” olacaq.

Texnologiya, geosiyasət və beynəlxalq təhlükəsizlik sahəsində baş verən dəyişikliklərin müzakirəsi üçün yüksəksəviyyəli beynəlxalq platforma rolunu oynayan ICCD 2026-da bu sahə üzrə tanınmış beynəlxalq ekspertlər, ölkədə akkreditə olunan səfirlər və diplomatlar, eləcə də aidiyyəti beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlər və diplomatiyaya təsiri, kibermüttəfiqliklər və strateji muxtariyyət arasında balans, iri texnologiya şirkətlərinin geosiyasi aktor kimi artan rolu, informasiya müharibəsi və “deepfake” texnologiyalarının yaratdığı təhdidlərə qarşı mübarizə, kiberməkanda etimadın formalaşdırılması və dövlətlərin məsuliyyətli davranışının təşviqi, eləcə də kritik infrastrukturun qorunması və transsərhəd təhlükəsizlik risklərinin idarə olunması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransın keçirilməsində əsas məqsəd sürətlə dəyişən texnoloji və geosiyasi mühit şəraitində kiberməkanın gələcəyinə dair regional və beynəlxalq baxışların müzakirə edilməsi, habelə dövlətlər, beynəlxalq təşkilatlar, ekspert dairələri və özəl sektor arasında əməkdaşlıq və dialoqun gücləndirilməsinə töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, 2024-cü ildə 30-dan çox ölkədən 120-dək nümayəndənin iştirakı ilə Kiberdiplomatiya üzrə birinci Beynəlxalq Konfrans ölkəmizdə keçirilib.

Azərbaycanın ənənəvi olaraq belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkəmizin kiberdiplomatiya sahəsində beynəlxalq əməkdaşlıqda marağını və bu yeni sahənin inkişafı üçün platforma rolunu oynamağa hazır olduğunu nümayiş etdirir.

AzPost.az

Post navigation

Previous: Məktəbəqədər təhsil müəssisələrinə qəbul yenidən başlayır
Next: Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə

Oxşar xəbərlər

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.