Azad edilmiş ərazilərdə 23 mülki şəxs minya düşərək həlak olub –

36 nəfər xəsarət alıb
11 Avqust 2021 - 12:34

Baş Prokurorluq işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və xəsarət alan mülki şəxslərin sayını açıqlayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixdən bu il avqustun 11-dək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 nəfər mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.