Azad edilmiş ərazilərdə daha 581 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.10.2023 – 15.10.2023) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 496 piyada əleyhinə mina, 85 tank əleyhinə mina, 1732 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 631 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Əvvəlki məqalə

“Baydenin Putini əzmək istəyi baş tutmayacaq”

Sonrakı məqalə

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb