“Baydenin Putini əzmək istəyi baş tutmayacaq”- MEDVEDEV

“ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putini əzmək istəyi baş tutmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, bu, Baydenin demensiyasına görə baş verməyəcək: “Bayden prezidentliyə namizədliyini irəli sürmək, bütün Avropanı birləşdirmək və Rusiya prezidentini əzmık arzusunu bəyan edib. Hər halda, bunların heç biri baş verməyəcək. Səbəblərdən biri odur ki, o, dediklərini artıq unudub. Demensiya faydalı bir şeydir”.

Eyni zamanda Medvedev istehza ilə qeyd edib ki, ABŞ prezidentinin missiyasının nədən ibarət olduğu indi aydın olub: “Əvvəllər Moskva sadəlövhcəsinə düşünürdü ki, bu missiya ABŞ-ın çiçəklənməsini təmin etməkdir”.

Azpost.info

Əvvəlki məqalə

“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim:

Sonrakı məqalə

Azad edilmiş ərazilərdə daha 581 mina aşkarlanıb