Azad edilmiş ərazilərdə regional məhkəmələr yaradılacaq

Azad edilmiş ərazilərdə aidiyyəti üzrə yeni regional apellyasiya və ixtisaslaşmış-kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur.

Bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazirin sözlərinə görə, torpaqlarımız işğaldan azad olunub və məhkəmələr bütün infrastruktur bərpa olunduqdan, soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcək:

“Hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər görülür”. (Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çində Xloya Çjounun aldığı “Oscar” haqqında yazmaq qadağan olunub –

Sonrakı məqalə

Hindistanda pandemiya qurbanlarının sayı 200 mini ötüb