Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Azad İstehlakçılar” İctimayi Birliyi təlimlərə başlayıb

User 21 İyul 2025 - 14:00 (Last updated: 21 İyul 2025 - 14:27)
az02

“Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) istehlakçıların maarifləndirılməsinə dair layihənin əsas hissəsi-təlim bölməsinə başlamışdır.

“Azad İstehlakçılar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların bələdiyyə – icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsinin icrasının əsas hissəsinə 8 icmada  yaradılmış təşəbbüs qruplarında praktik təlimlərə başlamışdır.

17 iyul 2025-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar icmasında 2 nəfəri qadın və 10 nəfəri kişilərdən ibarət olan təşəbbüs qrupuna “Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara (Davamlılıq, İcmanın inkişafı, Ekoloji təsir və sair) üstünlük verilməsi” mövzusunda təlim keçirilmişdir. Təlimçi Nizami Musayev mövzuya dair ətraflı məlumat vermiş, mövzuya dair pre-test iştirakçılara paylanılmışdır. İştirakçılar pre-testlləri cavablandırdıqdan sonra müzakirə əsasında keçirilən təlimdə Azər İsayev və Pəri Paşayevanın  məişət tullantılarının bələdiyyə ilə birgə idarə olunması formalarına dair verdikləri sualı təlimçi Nizami Musayev ətraflı izah etdi. Digər iştirakçıların sualları da təlimçi tərəfindən ətraflı cavablandırıldı. Təlim iştirakçıları layihənin həqiqətən də aktual bir problemin həlli üzrə maarifləndirmə üçün əhəmiyyətli olduğunu qeyd etməklə, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Azad İstehlakçılar İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər.

18 iyul 2025-ci il tarixdə Beyləqan rayonunun Kəbirli icmasında 13 nəfər kişidən ibarət olan təşəbbüs qrupuna “Tullantıların azaldılmasında “3R” prinsipi (Azaltma –Reduce, Təkrar istifadə-Reuse, Yenidən emal-Resycle) tətbiqinin əhəmiyyəti”  mövzusunda təlim keçirilmişdir. Təlimçi Nizami Musayev mövzuya dair ətraflı məlumat vermiş, ənənəvı olaraq mövzuya dair pre-test iştirakçılara paylanılmışdır. İştirakçılar pre-testlləri cavablandırdıqdan sonra müzakirə əsasında keçirilən təlimdə iştirakçılardan Qadir Babayev və Şəhriyar Kərimovun ərzaq tullantılarından kompost hazırlanmasının ən məqbul üsullarına dair  verdikləri sual təlimçi Nizami Musayev ətraflı izah etdi. Digər iştirakçıların sualları da təlimçi tərəfindən ətraflı cavablandırıldı. Təlim iştirakçıları layihənin həqiqətən də aktual bir problemin həlli üçün maarifləndirmə üzrə əhəmiyyətli olduğunu qeyd etməklə, layihə Donoru olan Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azad İstehlakçılar İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər. Və bu kimi təlimlərin bütün əhali kütləsinə keçirilməsini qeyd etdilər.

19 iyul 2025-ci il tarixdə Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində 2 nəfər qadın və 10 nəfər kişidən ibarət təşəbbüs qrupuna “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri” mövzusunda təlim keçirilmişdir.

Təlimçi Xəlil Süleymanov mövzuya dair ətraflı məlumat vermiş, mövzuya dair pre-test iştirakçılara paylanılmışdır. İştirakçılar pre-testlləri cavablandırdıqdan sonra müzakirə əsasında keçirilən təlimdə iştirakçılardan Rəhimov Səfər icma – bələdiyyə birgə modeli ilə tullantıların idarə olunmasının yarana biləcək çətinlikləri ilə əlaqədar sualını təlimçi Xəlil Süleymanov ətraflı izah etdi. Digər iştirakçıların sualları da təlimçi tərəfindən ətraflı cavablandırıldı. Təlim iştirakçıları layihənin həqiqətən də aktual bir problemin həlli üzrə maarifləndirmə üzrə əhəmiyyətli olduğunu qeyd etməklə, layihə Donoru olan Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Azad İstehlakçılar İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər. Təlimlər layihədə nəzərdə tutulmuş qrqfikə uyğun olaraq davam etdirilir və layihənın icrasına yerli İcra Hakimiyyəti orqanları, bələdiyyə qurumları yaxından köməklik göstərirlər.

 

AzPost.az

Post navigation

Previous: Alaska Airlines IT problemi səbəbindən bütün uçuşları dayandırdı
Next: Çində işə getmək istəməyənlər müalicə olunacaq –

Oxşar xəbərlər

top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
omikron xeste
  • Sosial

Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah

User 13 Noyabr 2026 - 19:31

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.