Azad olunmuş ərazilərdə 1,5 milyon mina və sursat var- Beynəlxalq ekspertlər

Beynəlxalq ekspertlər işğaldan azad olunmuş ərazilərdə 1,5 milyon mina və sursat olduğunu qeyd edirlər.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.

O bildirib ki, baş vermiş hadisələrin 70 faizdən çoxu təmas xəttindən içəridə qeydə alınıb: “Heç bir mina təmizləyən hansısa ərazinin təmiz olduğunu vurğulaya bilməz. Hətta delimitasiya və demarkasiya aparılmış ərazilərdə bir çoban minaya düşüb”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.