Azad Rəhimovun səhhəti necədir? –AÇIQLAMA

“Elə dünən cənab nazirlə əlaqə saxlamışam. Ümumiyyətlə, hər gün onunla daimi əlaqədəyəm. Suallar olduğu təqdirdə, dərhal onunla əlaqə saxlayıram. Cənab nazir bütün sualları cavablandırır, tapşırıqları verir”.

Bu barədə Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

S.Məmmədova ABŞ-da müalicə alan Gənclər və İdman naziri Azad Rəhimovun səhhəti ilə bağlı danışarkən onun Bakıya dönməsi ilə bağlı verdiyimiz sualı belə cavablandırıb:

“Azad müəllimin müalicəsi hələ ki davam edir. Onun nə vaxt Vətənə qayıdacağı dəqiq bilinmir. Müalicəsi bitəndə Bakıya qayıdacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda faydalı qazıntı yataqları ilk dəfə hərraca çıxarılacaq –

Sonrakı məqalə

Sabahın hava proqnozu