“Azad Suriya Ordusu” Hələbi tam ələ keçirdi –Suriyada nə baş verir? /VİDEO

İslamçı qruplaşmalar və Suriya müxalifətinin “Azad Suriya Ordusu” Hələb şəhərini tam ələ keçirib.

Azpost.info bildirir ki, bu barədə Suriya mediası məlumat yayır.

Hazırkı toqquşma son dörd ildə regionda baş verən ilk böyük silahlı münaqişədir.

Azad Suriya Ordusunun üzvləri, eləcə də “Həyat Təhrir əl-Şam” qruplaşmasının üzvləri ötən çərşənbə günü hücuma keçərək Suriyanın şimal-qərbində 50-dən çox yaşayış məntəqəsini ələ keçirə biliblər. Formal olaraq silahlılar hücum əməliyyatlarını İdlib vilayətinin onların nəzarətində olan cənub hissəsinin bombalanmasına cavab adlandırıblar. Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, islamçılar və müxaliflər artıq təxminən 400 kvadrat kilometr ərazini zəbt edə bilib, həmçinin Suriya Silahlı Qüvvələrinin ağır silahlarını ələ keçiriblər.

Türkiyə mətbuatının məlumatına görə, Hələb bölgəsi artıq hücumçuların tam nəzarəti altındadır. İslamçılar və müxalifət ordunun bir neçə hərbi bazasını ələ keçiriblər – onlar bütün uğurları barədə sosial şəbəkələrdə məlumat verir, öldürülən suriyalı zabitlərin, ələ keçirilən texnika və silahların görüntülərini dərc edirlər.

“Middle East Eye” öz mənbələrinə əsasən bildirir ki, əməliyyat 2019-cu ildə Rusiya, Türkiyə və İran tərəfindən razılaşdırılan İdlib deeskalasiya zonasının sərhədlərinin bərpasına yönəlib.

Bildirilir ki, ilk olaraq Bəşər Əsəd ordusunun hücumlarını dayandırmaq üçün əvvəlcə “məhdud hücum” planlaşdırılıb. Lakin huucm Əsədi dəstəkləyən Suriya qoşunlarının mövqelərini tərk etməyə başlaması ilə genişlənib.

Bununla belə, demək olar ki, bütün ekspertlər əməliyyata başlamaq üçün doğru vaxtı seçdiyi ilə razılaşırlar. Əsədin müttəfiqlərinin (Rusiya, İran, Livan) 3-4 il əvvəl olduğu kimi, rəsmi Dəməşqə hərtərəfli yardım göstərməsinə imkan verməyən bir çox cari problemləri var.

Rusiya Silahlı Qüvvələri Hələbin şimalında yerləşir. Rusiya aviasiyası artıq Heyət Təhrir əl-Şamın nəzarətində olan şəhərlərə bir neçə zərbə endirib.

CNN-ə müsahibə verən analitiklərin fikrincə, hücum Hizbullahın İsrail tərəfindən güclü zəiflədilməsi sayəsində mümkün olub.

Azpost.info

Əvvəlki məqalə

“Belə davam edərsə, Ukrayna Rusiyaya məğlub olacaq” –

Sonrakı məqalə

Gürcüstanın 5 universiteti dərsləri dayandırdığını bəyan edib