Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) ABŞ-ın Nyu-York şəhərindən 217 ölkə vətəndaşının çarter reysi ilə Azərbaycana gətirib.
“Report” bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdiriliblər.
Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana əsasən yerinə yetirir.