AZAL 217 Azərbaycan vətəndaşını ABŞ-dan ölkəyə gətirdi

Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) ABŞ-ın Nyu-York şəhərindən 217 ölkə vətəndaşının çarter reysi ilə Azərbaycana gətirib. 

“Report” bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdiriliblər.

Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana əsasən yerinə yetirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Corc Floydun qardaşı ABŞ Konqresində çıxış etdi:

Sonrakı məqalə

Bakıya xeyli sayda təcili yardım maşını gətirilib –