AZAL Ankara və İstanbula uçuşları dayandırır –AÇIQLAMA

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycandan Türkiyəyə uçuşları müvəqqəti dayandırır.

Bunu Trend-ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun sözlərində görə, 29 aprel 2021-ci il – 16 may 2021-ci il tarixlərinə olan Bakı-İstanbul-Bakı və 29 aprel 2021-ci il – 13 may 2021-ci il tarixlərinə olan Bakı-Ankara-Bakı reysləri ləğv edilir.

Bununla yanaşı, Bakı-Antalya-Bakı 12 may 2021-ci il tarixli reysi də ləğv olunub.

“Alternativ kimi sözügedən tarixlərə olan aviabiletləri cərimə tətbiq olunmadan istənilən tarixlərə “Türk Hava Yolları”nın biletlərinə dəyişmək olar”.

Digər istiqamətlər üzrə reyslərə dəyişikliklər edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti ilə görüşü olub –

Sonrakı məqalə

Azərbaycanın aşağıbüdcəli aviaşirkəti Ankaraya xüsusi reyslər yerinə yetirməyə başlayır