AZAL çarter reysi ilə 212 Azərbaycan vətəndaşını İstanbuldan Bakıya gətirdi

Mayın 7-də Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata kecirilib.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilmişdir. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Allahşükür Paşazadə Trampa nə üçün müraciət edib? –

Sonrakı məqalə

Milli Məclisdə yenidən təşkil edilən şöbələr və şöbələrə təyinatlar açıqlandı