Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

AZAL-ın təyyarəsi ilə bağlı istintaq yekun mərhələyə daxil olur

User 20 Mart 2026 - 13:36 (Last updated: 20 Mart 2026 - 13:36)
AZAL qəza

Qazaxıstan 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb.

Bu barədə jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

Onun sözlərinə görə, texniki komissiyanın işinin nəticələri təyyarə qəzası ilə bağlı bütün suallara aydınlıq gətirəcək: “Nə vaxt vurulub? Niyə düşüb? Səbəbi nədir? Bütün bunlar beynəlxalq təşkilatın reqlamentinə uyğun olaraq rəsmi hesabatda addım-addım təsvir ediləcək”.

“Araşdırma davam edir. Avadanlıq istehsalçılarından, yəni GPS-trekerləri, naviqasiya avadanlıqları, hava gəmisi istehsalçısından bütün zəruri ekspertizalar alınıb. Hazırda araşdırmalara yekunlar vurulur, nəticələr komissiyanın iştirakçıları ilə razılaşdırılacaq”.

Bozumbayev bildirib ki, komissiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələri, həmçinin istehsalçı şirkətin mütəxəssisləri və beynəlxalq aviasiya təşkilatlarının ekspertləri daxildir. Beynəlxalq standartlara uyğun olaraq, istintaqın texniki hissəsi üzrə yekun nəticələrin yaxın aylarda təqdim edilməsi planlaşdırılır.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 təyyarəsi qəzaya uğrayıb. Təyyarə Bakı — Qroznı reysini yerinə yetirirdi. Göyərtədə Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olmaqla ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. İlkin məlumata görə, Qroznıda enişə yaxınlaşarkən təyyarə hava hücumundan müdafiə vasitələrinin təsirinə məruz qala bilərdi.

2025-ci il fevralın 4-də Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi aviasiya hadisəsi ilə bağlı ilkin hesabatı yayımlayıb.

AzPost.az

Post navigation

Previous: İsrail ordusunda “Dəmir Qübbə”ni idarə edən hərbçi İran casusu çıxdı
Next: Avropanın Çindən avtomobil idxalı ilk dəfə ixracı üstələyib

Oxşar xəbərlər

ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17

xƏBƏR

rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin noyabrın 10-da Əbu-Dabidə...
Read more about Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür? Sosial müavinətlər və təqaüdlərlə bağlı
  • Baş Yazı

Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür?

User 07 Noyabr 2026 - 13:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.