Azərbaycanda həkim reklamı qadağan olunsun
Reklam haqqında qanuna dəyişiklik edilsin. Tibbi xidmətdə nələri reklam etmək olar, nəyi yox, müəyyənləşsin.
APA xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, bütün dünyada həkimi şəxs olaraq, reklam etmək qadağandır: “Bizdə də qadağan olunmalıdır”.
“Çoxlu qanun pozuntuları var. Buna görə ölüm halları artır. Bədən şəkilləndirmə, estetik, plastik əməliyyatların sayı da artır. Dünyanın heç bir yerində həkimləri reklam etmirlər. Bəzən yaxşı həkimi də reklam edirlər, pasiyenti çoxalır, hamıya vaxt ayırmaq üçün tələsik işlər görür və xətalar edir. Bu da işin keyfiyyətini aşağı salmış olur”.