Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib.

Azpost xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin ilk iclasında məlumat verilib.

İclasda qeyd olunub ki, MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.

MDB Oyunları Müstəqil Dövlətlər Birliyi ölkələrinin idmançıları arasında keçirilən idman yarışıdır. Yarış ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.