Putin Trampla telefonla danışdı –  Nələri müzakirə ediblər?

Tramp andiçmə
Tramp andiçmə

Putin Trampla telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefonda danışıb. 

AzPost bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, söhbət təxminən bir saat yarım davam edib.

“Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

Putin Trampı Moskvaya dəvət edib.

Peskov bildirib ki, Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər.

Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar.

Peskov bildirib ki, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini müzakirə ediblər, Vaşinqton əldə olunan razılaşmaların yerinə yetirilməsinə zəmanət verib.

Putin Trampın birgə işləməyin vaxtının gəlib çatdığı tezisini dəstəkləyib.

Putin Trampa Amerika rəsmilərini Rusiya Federasiyasında, o cümlədən Ukrayna mövzusu ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib”, deyə Kremlin sözçüsü vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.