Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanla Türkiyə
Azərbaycanla Türkiyə

Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib. AzPost bildirir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik üzrə baş direktoru Azər Musayev və Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru Mehmet Samsarın sədrliyi ilə nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Görüşdə ikitərəfli siyasi əlaqələr və beynəlxalq təşkilatlarda əməkdaşlıq müzakirə edilib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Bu barədə “Resmi Gazete” məlumat yayıb.

Bildirilib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında 2024-cü il martın 6-da Ankarada imzalanıb.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Qabon arasında “Türkiyə Respublikası Hökuməti və Qabon Respublikası Hökuməti arasında Diplomatik Nümayəndəliklər üçün Torpaqların Mübadiləsi haqqında Protokol”u da təsdiqləyib.

Hər iki sənəd imzalandığı gündən qüvvəyə minib.

Bizi İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.