Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Azercell-ə etiraz böyüyür: İstifadəçilər boykot çağırışı edir

Orkhan Ali 03 İyun 2025 - 09:37 (Last updated: 03 İyun 2025 - 09:37)
Azercell Telekom

Azercell Telekom

Azərbaycanda mobil rabitə bazarının ən böyük operatorlarından biri olan Azercell müştərilərinin kəskin narazılığı ilə üz-üzə qalıb. Son günlər sosial şəbəkələrdə vətəndaşların kütləvi şəkildə şirkətə qarşı etirazları yayılır və istifadəçilər Azercell-ə boykot çağırışları edirlər.

AzPost xəbər verir ki, narazılığa səbəb mobil tariflərdə tətbiq edilən yeni qaydalar və balans siyasətidir. İstifadəçilər bildirir ki, artıq tarifdən istifadə etmək üçün yalnız tarif qiymətini yox, əlavə olaraq balansda minimum 5 AZN vəsait saxlamaq məcburiyyətində qalırlar. Əgər bu məbləğ hesaba əlavə edilməzsə, xətt birtərəfli bağlanır və istifadəçi rabitə imkanından məhrum olur.

Vətəndaş Emil Əliyev sosial mediada yazdığı statusda məsələyə sərt reaksiya verərək bildirib: “Deməli, hər ay 2 AZN-lik tarifdən istifadə edən şəxs balansına minimum 5 AZN yükləməlidir. 2 AZN tarifə çıxacaq, qalan 3 AZN balansda qalacaq. Bu məbləğ belə hər ay toplanacaq və sonda hara gedəcəyi məlum olmayacaq.”

Digər istifadəçi Ramil Fərzili isə hesab edir ki, Azercell-in bazardakı dominant mövqeyinə görə bu cür “özbaşınalıq” baş verir: “51,3% bazar payı olduğuna görə istədiyini edir. Kütləvi boykot etmək lazımdır.”

Azercell-in rəsmi səhifəsində etiraz səslərinə qarşılıq olaraq standart cavablar paylaşılır. Şirkət nümayəndələri yalnız “narazılığınız qeydə alınıb” bildirişi ilə kifayətlənir. Vətəndaşlar isə bu yanaşmadan qane olmadıqlarını və real dəyişikliklər gözlədiklərini bildirirlər.

Vəziyyətdən narazı qalan Fatma Alı adlı istifadəçi qeyd edib: “Deyəsən istəyirlər ki, nömrələrdən birdəfəlik imtina edək, internet və messencerlərlə əlaqə saxlayaq.”

Ekspertlər isə vəziyyəti ölkədə mobil rabitə sektorunda rəqabətsizlik və tənzimləyici qurumların passivliyi ilə əlaqələndirirlər. Bildirilir ki, qiymətlərin eyni vaxtda artması və oxşar şərtlərin tətbiqi rəqabət prinsipinə ziddir və istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır.

Hazırda sosial şəbəkələrdə “Azercell boykot olunsun”, “Nömrəni dəyiş” kimi çağırışlar sürətlə yayılır. İstifadəçilər alternativ mobil operatorlara keçid etməyə və Azercell-in xidmətlərindən imtina etməyə çağırır.

Azercell tərəfdən isə buna cavab olaraq bəzi media orqanlarında “Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır” başlıqlı press-reliz dərc olunub.

AzPost.az

Post navigation

Previous: Özsütdə sifariş “səhv” gəldi
Next: Yeni təkər bazarında yanğın oldu

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

market
  • Baş Yazı

Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım

User 20 Noyabr 2026 - 14:00
Azərbaycana idxal olunan məhsulların qiymətində kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-sentyabr aylarında idxal qiymətləri ötən ilin...
Read more about Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik” trap putin si
  • Dünya

Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”

User 20 Noyabr 2026 - 13:46
“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış zelenski
  • Dünya

“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış

User 20 Noyabr 2026 - 13:41
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib surusme badadar
  • Sosial

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

User 20 Noyabr 2026 - 13:28
Çay içmək insult və infarkt riskini azaldır – araşdırmanın nəticələri çayın
  • Maraqlı

Çay içmək insult və infarkt riskini azaldır – araşdırmanın nəticələri

User 20 Noyabr 2026 - 13:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.