Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Azercell”ə zəng edən abunəçi etiraz etdi: “Bizi niyə soyurlar?”

Orkhan Ali 07 Mart 2025 - 14:25 (Last updated: 21 May 2025 - 20:15)
Azercell

Azercell

“Azercell”in müştəri xidmətlərinə zəng edən vətəndaş soyulduğunu iddia edib. AzPost AZXEBER.COM-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan videoda vətəndaş xəbəri olmadan hansısa pullu proqrama qoşulduğunu bildirir. “Azercell” abonenti olduğunu deyən vətəndaş müştəri xidmətləri ilə əlaqə saxlasa da, dəstəyin digər tərəfində olan xanım vətəndaşa həmin xidmətə necə qoşulduğunu izah edə bilmir.

Müştəri haqlı olaraq hər gün balansından çıxılan pulların hara və hansı xidmətə tutulduğunu bilmək istəyib. Mobil operator əməkdaşının isə bu barədə heç bir köməklik göstərə bilmədiyini bildirib.

Bəs, belə hallarda vətəndaş nə etməli və sualını kimə ünvanlamalıdır?

Mövzu ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, müasir texnologiyaların tətbiq olunduğu sahələrdə istehlakçıların soyulması prosesi gedir:

“Bu sahədə mənə çox şikayətlər gəlir. Sanki müasir telefon cihazlarının istehsalçısı ilə operatorların gizli bir əlaqəsi var. Telefonlara elə funksiyalar qoyurlar ki, insanların özlərinin də xəbəri olmadan hansısa proqrama qoşulurlar. Bu çox ciddi bir problemdir. 28 ildir ki, mobil operatorlarla bağlı olan şikayətlərin heç birini nə danışıq yolu ilə, nə də dövlət orqanlarının köməyi ilə həll edə bilməmişik. Bunlar müasir texnologiyaların üzərindən gedən məsələlərdir”.

Ekspert bildirib ki, günümüzdə mobil operatorlardan ciddi narazılıqlar var: “Etiraf edək ki, bu gün də bu sahə ilə bağlı böyük istehlakçı narazılığı var. Telefon cihazları müasirləşdikcə onlarla müəyyən iş görəndə hansısa proqramlara avtomatik qoşulma baş verir. Operatorlar isə bunu müxtəlif səbəblərlə əsaslandırırlar. Əslinə qalsa, kənardan baxanda onlar böhtan atmırlar. Elə bir texnologiya ilə rastlaşmışıq ki, soyuluruq. Bu sahədə heç bir ictimai nəzarət yoxdur. Heç bir ictimai şura fəaliyyət göstərmir. Çox təəssüf ki, bu sahədə mütəxəssis qıtlığı da var ki, onlar da bu işləri incələmirlər. Bu sahə qaranlıq və olduqca qapalı bir məsələdir”.

Post navigation

Previous: QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı –
Next: Deputatdan təklif: Pensiya yaşına 2 il qalanlar işdən çıxarılmasın

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.