“Azeurotel” internetlə bağlı yaranan nasazlığı qismən aradan qaldırıb

network cables connected to switch

“Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində fəaliyyət göstərən “Azeurotel” telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Avtomat Telefon Stansiyalarındakı avadanlıqların işində fasiləyə səbəb olan nasazlığın aradan qaldırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.

“Baktelecom”dan “APA-Economics”ə verilən məlumata görə, artıq 55% abunəçiyə rabitə xidmətlərinin ötürülməsində yaranan çətinlik aradan qaldırılıb. Telekommunikasiya xidmətlərinin ən qısa zamanda tam bərpası üçün işlər davam etdirilir.

Qeyd edək ki, 9 iyul tarixində yaranan nasazlıq, 2000 abunəçiyə rabitə xidmətlərinin ötürülməsinə çətinlik yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“28 ildir Kasparovla oyunu gözləyirdim” –

Sonrakı məqalə

DİN “qazinin döyülməsi” adlı ilə paylaşılan videoya aydınlıq gətirib