Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Azpul”un xəzinədarı terminaldan 53 min manat çıxararaq mənimsəyib

User 08 Aprel 2025 - 12:38 (Last updated: 21 May 2025 - 20:15)
Bankomat

Bankomat

Ölkədə mikro kredit bazarının lideri sayılan Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Azpul” MMC-nin xəzinədar-inkassator Rüfət Məmmədov şirkətin 53 752 manat pulunu mənimsəyib.

AzPost bildirir ki, “Yurd.media”nın əldə etdiyi məlumata görə, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.

İttihama görə, Rüfət Məmmədov 01 aprel 2024-cü il tarixdən 29 oktyabr 2024-cü il tarixədək olan müddətdə “Azpul” MMC-də xəzinədar-inkassator vəzifəsində çalışıb. O, əmək müqaviləsinə və təsdiq edilərək imzalanmış vəzifə təlimatına əsasən, qəbul etdiyi nağd pul və digər qiymətlilərin təyinatı üzrə təhlükəsiz daşınmasını və terminalların inkassasiyasını həyata keçirib. Təqsirləndirilən şəxs Bakı və Abşeron rayonunda yerləşən terminaldan 53752 manat nağd pul vəsaitlərini çıxarıb, lakin MMC-nin xəzinəsinə təhvil verməyərək mənimsəyib.

Məhkəmə istintaqı zamanı Rüfət Məmmədov özünü ona elan olunan ittiham üzrə qismən, yəni Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində deyib ki, o, “Azpul” MMC-də inkassator vəzifəsində çalışıb. Təqsirləndirilən şəxs 37000 manatı mənimsədiyini etiraf edib və müəssisəyə aid olan terminallardan nağd pulu götürüb, lakin daha sonra yerinə qoymayıb.

O, vurulmuş ziyanın əvəzi olaraq MMC-yə ümumilikdə 41494,74 manat pul vəsaiti ödənildiyini, qalan məbləğin isə yaxın zaman ərzində tam olaraq ödəyəcəyini qeyd edib.

Məhkəmənin hökmü ilə Rüfət Məmmədova şərti cəza verilib.

Post navigation

Previous: Vətəndaşların kartından 67 min manat oğurlanıb –
Next: Təhsil naziri məktəblərin publik hüquqi şəxsə çevrilməsini təklif edib

Oxşar xəbərlər

avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16

xƏBƏR

pattenson
  • Şou Biznes

Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib

User 16 Noyabr 2026 - 14:49
Robert Pattinson növbəti Ceyms Bond roluna namizədlər arasında gözlənilmədən ön plana çıxıb. Amerikanın Puck nəşrinin məlumatına görə,...
Read more about Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib
Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs rumin xin bascisi
  • Dünya

Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs

User 16 Noyabr 2026 - 14:31
Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək herbci ermeni esir
  • Sosial

Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

User 16 Noyabr 2026 - 13:59
Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır tramp elcek
  • Dünya

Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır

User 16 Noyabr 2026 - 13:55
Xəzər sahilində torpaqlara nəzarət gücləndirilir – 40 yeni ştat yaradıldı / FƏRMAN deniz erzai
  • Baş Yazı

Xəzər sahilində torpaqlara nəzarət gücləndirilir – 40 yeni ştat yaradıldı / FƏRMAN

User 16 Noyabr 2026 - 13:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.