Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan ABŞ-nin birtərəfli mövqeyinə görə məyus olub

Orkhan Ali 29 Mart 2024 - 18:16 (Last updated: 21 May 2025 - 20:15)
hikmet h

Azərbaycan ABŞ-nin birtərəfli mövqeyinə görə məyus olub.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.

“Regional məsuliyyət, təşəbbüs və əməkdaşlıq olmalıdır. Sülh Bakı ilə İrəvan arasında olmalıdır. Biz bir-birimizin problemlərini anlamalı, qarşıdurma səhifəsini çevirməli və irəli hərəkət etməliyik. Misal üçün Fransa kimi ölkələr bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən isə sülh barədə danışır. Bu, fayda gətirə bilməz, çünki siz prosesdə qərəzli tərəfə çevrilirsiniz. Biz həmçinin, ABŞ-nin də bir sıra bəyanat və tədbirlərindən məyus olduq. ABŞ Azərbaycana münasibətdə birtərəfli mövqe tutub”, – o deyib.

Prezidentin köməkçisi ABŞ-nin həmçinin, Azərbaycana yardım göstərməyi qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qəbul etməsini xatırladıb.

“Azərbaycanın heç kimin yardımına ehtiyacı yoxdur. Biz yardım alan ölkə deyilik. Bu cür konsepsiya bizim üçün anlaşılmazdır. 907-ci düzəliş ABŞ Konqresi tərəfindən hələ 1992-ci ildə Azərbaycan əraziləri işğal altında olanda qəbul edilib. Təsəvvür edin ki, siz işğala məruz qalırsınız və ABŞ Konqresi Amerika hökumətinə Azərbaycana yardım göstərməyi qadağan edən 907-ci düzəlişi qəbul edir.

Lakin yenə də bu ABŞ-nin seçimi, onun Konqresidir, lakin məsələ burasındadır ki, siz birtərəfli tədbirlər görürsünüzsə, danışıqlar prosesində qərəzsiz tərəf ola bilməzsiniz. Biz xeyirxah xidmətləri yüksək qiymətləndiririk. Lakin hər hansı vasitəçiliyə ehtiyac olduğunu hesab etmirik”, – deyə H.Hacıyev əlavə edib.

Post navigation

Previous: Aİ-Ermənistan-ABŞ müştərək konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
Next: Premyer Liqa:

Oxşar xəbərlər

ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25
paşşşinyan
  • Siyasət

Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN

User 22 Oktyabr 2026 - 12:11

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.