Azərbaycan diplomatları “Crocus City Hall”dakı terror aktı qurbanlarının xatirəsini yad ediblər

Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları Moskvadakı “Crocus City Hall” yaxınlığında təbii memorialın önünə gül qoyulması mərasimində iştirak ediblər.

Rusiyadakı diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, o cümlədən Azərbaycan səfirliyinin əməkdaşları “Crocus City Hall”un qarşısındakı təbii memorialın önünə gül dəstələri qoyublar.

Martın 22-də 140-dan çox insanın həyatına son qoyan terror aktı qurbanlarının xatirəsini yad edənlər arasında Asiya, Afrika, Avropa, Latın Amerikası, Yaxın Şərq və MDB ölkələrinin də diplomatları var(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.