Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan dəyərli qonşumuz və strateji tərəfdaşımızıdır

User 24 Noyabr 2023 - 15:48 (Last updated: 21 May 2025 - 20:15)
656088197a79d656088197a79e1700825113656088197a79b656088197a79c

“Azərbaycan dəyərli qonşumuz və strateji tərəfdaşımızdır”.

Bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstan Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığa malikdir və bunu daha da şaxələndirmək istəyir.

Gürcüstan Baş naziri vurğulayıb ki, SPECA platforması tranzit və logistika sahəsində əməkdaşlıq üçün vacib platformadır.

Orta Dəhliz layihəsi ilə bağlı Gürcüstan Baş naziri qeyd edib ki, bu layihənin reallaşmasında Gürcüstan maraqlıdır:

“Biz coğrafi baxımdan çox cəlbedici yerdəyik. Biz bu imkanlardan sülh, sabitlik və iqtisadi böyümə üçün istifadə etməliyik. Biz bu sahəyə investisiya qoymağa hazırıq, Gürcüstan hökuməti avtomobil və dəmir yollarına investisiyalar qoyub və yeni konsepsiyalar üzərində işləyir. Boru potensialımızın inkişafı üzərində işləyirik. Qara dəniz vasitəsilə elektrik xəttinin çəkilməsi bütün region üçün çox vacib layihə olacaq. Mənim hökumətim Şərq və Qərb arasında şose yolunun çəkilməsinə investisiya qoyur, eyni zamanda, Tbilisidə yeni hava limanı tikiləcək. Ölkəmiz bu illər ərzində enerji tranzitində etibarlı tərəfdaş olub. Biz həmçinin, xam neftin Cənubi Qafqazla daşınmasına təminat veririk. Biz Mərkəzi Asiya ilə əməkdaşlığın dərinləşməsində maraqlıyıq”.

Qaribaşvili Azərbaycanla əməkdaşlığa da toxunub.

“Bu il bizim Azərbaycanla ticarət dövriyyəmiz 16 faiz artıb, 1,2 milyard dollara çatıb, Mərkəzi Asiya ilə ticarət dövriyyəmiz ötən il 50 faiz artıb, bu ilin ilk 10 ayında da bu rəqəm 1,4 milyard dollara çatıb. Sülhü, sabitliyi, iqtisadi artımı dəstəkləmək bizim hökumətimizin məqsədidir. Biz xarici siyasətdə praqmatik yanaşmanı seçmişik. Bizim iqtisadiyyatımız ötən il 10 faiz artıb, bu il 7 faiz artım olub, ÜDM artıb, inflyasiya azalıb.

Biz Aİ ilə əməkdaşlığımız genişləndiririk, bir sıra sənədlər imzalamışıq və dekabr ayında Aİ-yə namizəd statusu alacağımızı gözləyirik”, – Qaribaşvili əlavə edib.

Post navigation

Previous: SPECA-nın Zirvə görüşü başa çatıb, Bakı Bəyannaməsi qəbul edilib
Next: Mərkəzi Asiyanın strateji əhəmiyyəti ildən-ilə artır

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ iqtisadçısı və professor Ceffri Saksla söhbətdə Azərbaycanın enerji siyasəti, Avropa ilə...
Read more about “Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.