Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan Ordusunun çinli əsgəri –

User 09 Sentyabr 2025 - 14:50 (Last updated: 09 Sentyabr 2025 - 14:50)
cin esas

Azərbaycan Ordusunun sıralarında xidmət edənlərdən biri də Çin əsilli Emin Lindir.

Emin kökəncə Çinin Quançjou şəhərindəndir. 1998-ci ildən sonra sahibkarlıq fəaliyyəti ilə bağlı Azərbaycana köçən Lin ailəsi paytaxtda yeni həyata başlayıb.

Çinli ailənin 5 övladı – Məhəmməd, Aygün, Aydın, Emin və Arzu Lin Azərbaycanda böyüyüb.

“N” saylı hərbi hissədə xidmət edən gənc əsgər silahdaşlarının, komandirlərinin hörmətini qazanıb. Onu fərqləndirən cəhətlərindən biri isə dörd dil bilməsidir. Bu bacarığı ilə o, çoxlarının marağına səbəb olub. Onu Lin kimi çağırsalar da, əsgər yoldaşlarının bəziləri “Çinli” deyə müraciət edir:

“Xidmətə yeni gələndə əsgər yoldaşlarım üçün mənim asiyalı görünüşüm maraqlı idi. Ona görə də, xeyli suallar verirdilər. Bəzən bu, yorucu olsa da, sonradan öyrəşdim. Burada yeni dostlar qazanmışam. Komandirlərlə də münasibətim çox yaxşıdır”.

Qardaşı antiterror əməliyyatlarının iştirakçılarından olub

Emin Lin ailəsinin ilk əsgəri deyil. Qardaşı Aydın Lin də Azərbaycan Ordusunda qulluq edib. İşğaldan azad olunmuş ərazidə yerləşən hərbi hissədə xidmət keçib, antiterror tədbirlərinin iştirakçılarından olub.

Bacısı Aygün Lin isə əlbəyaxa döyüş idman növündə “qara kəmər” ustasıdır, beynəlxalq yarışlarda üçrəngli bayrağımızı yüksəldib, indi isə məşqçi-müəllim kimi fəaliyyət göstərir:

“Mən ali təhsil almamışam. Ancaq Çin, ingilis, rus və Azərbaycan dilini bilirəm. Bacım Aygün İdman Akademiyasının, qardaşım Aydın isə Bakı Dövlət Universitetinin məzunlarıdır. Mənim də gələcəkdə ali təhsil almaq niyyətim var”.

Emin Lin hərbi hissədə nizam-intizamla xidmət edir, səhərlər idmanla məşğul olur, ideoloji dərslərdən faydalanır, müxtəlif təlimlərdə iştirak edir.

O, hərbi hissədə həm əsgərlərin istirahəti, həm də peşəkar hazırlığı üçün hər cür şərait olduğunu vurğulayıb.

Emin deyib ki, komandirləri yüksək bilik və bacarığa malikdirlər, hər bir əsgərə xüsusi diqqətlə yanaşırlar: “Qaydalara uyğun olaraq gündəlik idman edirəm, döyüş hazırlığı dərsləri keçirik. Bundan başqa, boş vaxtlarımı əsgər yoldaşlarımla birlikdə keçirirəm. Hər şey çox maraqlıdır. Azərbaycan Ordusunda xidmət etdiyim üçün çox qürurluyam”.

Emin onu da vurğulayıb ki, son günlər Azərbaycanla Çin arasında münasibətlərin daha da inkişaf etdirilməsi, iki dövlət arasında dostluq münasibətlərinin qurulması onu çox sevindirir.

“Əsgərlikdən sonra biznesimi yaradacam, yolumu gözləyən qızla evlənəcəm”

O, xidmətini başa vurduqdan sonra mülki həyata qayıdacağını, şəxsi biznesini yaradacağını və yolunu səbirsizliklə gözləyən qızla ailə həyatı quracağını bildirib:

“Demək olar ki, nişanlıyam. Bir-birimizi çox sevirik. Sonuncu dəfə hərbi xidmətə yola düşəndə görüşdük, ancaq tez-tez telefonla danışırıq. Xidmətimi başa vurub onunla ailə quracam”.

“Qarabağ haqqında çox oxumuşdum, xidmətdə oxuduqlarımı gördüm”

Emin Linin hekayəsi göstərir ki, Azərbaycan Ordusu həm də müxtəlif xalqları bir amal – Vətən sevgisi ətrafında birləşdirən böyük bir ailədir. Azərbaycan respublikasının vətəndaşı olan hər kəs, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquqda xidmət edir – qalib ordunun qalib əsgəri kimi: “Tarix dərslərində Qarabağ haqqında çox oxumuşdum. Xidmətdə isə oxuduğum həqiqətləri gördüm. Ali Baş Komandanın əmri ilə işğalda olan torpaqları azad etmək böyük fəxrdir. Mən qalib ordunun müzəffər əsgəri kimi qürurluyam”. /APA/

 

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Manaf Ağayevin oğlu nazirlikdə vəzifəyə təyin olunub

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.