Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanda qızıl çıxaran Britaniya şirkəti satışa çıxarılır

User 27 Noyabr 2025 - 16:12 (Last updated: 27 Noyabr 2025 - 16:12)
qizil medeni

Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan “Anglo Asian Mining” (AAM) şirkəti Britaniyanın “ACG Metals Limited” şirkətinə satıla bilər.

Azpost.info-nun məlumatına görə, bu barədə “APA-Economics”ə “Anglo Asian Mining” şirkətindən bildirilib. Qeyd edilib ki, “ACG Metals Limited” noyabrın 26-da AAM-in mövcud və buraxılacaq bütün adi səhm kapitalını almaq imkanını araşdırdığını bəyan edib. Bununla belə, AAM-ə mümkün sövdələşmə ilə bağlı hələlik rəsmi təklif göndərilməyib.

Rəsmi prosedurlara görə, ACG ya 24 dekabr 2025-ci il tarixinə kimi rəsmi təklif irəli sürməli, ya da almağa niyyətinin olmadığını bildirməlidir. Bu müddət yalnız Böyük Britaniyanın Şirkətlərin Satınalmaları və Birləşmələri üzrə Nəzarət Panelinin razılığı ilə uzadıla bilər.

“Anglo Asian” məhz bunu nəzərə alaraq, yəni mümkün satınalma ilə bağlı yayılan ehtimallar və səhmlərin qiymətində qeyri-adi dəyişikliklər səbəbilə noyabrın 26-da London Birjasının AIM platformasından öz adi səhmlərinin ticarətinin dayandırılmasını xahiş etmişdi.

Rəsmi məlumat açıqlanandan sonra ticarətin noyabrın 27-də bərpa ediləcəyi gözlənilir.

AAM səhmdarlara hazırkı mərhələdə hər hansı addım atmamağı tövsiyə edib.

Qeyd edək ki, “ACG Metals Limited” Britaniya Vircin adalarında qeydiyyata alınmış şirkətdir. Əsas fəaliyyəti qızıl, mis, gümüş kimi metalların hasilatı və emalı sahələrinə yönəlib. Şirkət regional layihələrdə, o cümlədən Türkiyədəki mədən layihələrində iştirak edir.

AzPost.az

Post navigation

Previous: Gəncədə iqlim ekspertləri ilə görüş keçirilib
Next: Şəhidlər Xiyabanında qeyri-etik hərəkət edən şəxs Səudiyyə DİN-də təhqiqatçıdır-

Oxşar xəbərlər

valyuta
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu 40,4 trilyon dollara yaxınlaşdı – 2030-cu ilə yeni proqnoz

User 21 Oktyabr 2026 - 09:59
neft kemer
  • İqtisadiyyat

Azərbaycan 9 ayda neft-qaz satışından 7,78 milyard gəlir əldə edib

User 16 Oktyabr 2026 - 16:14
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 16 Oktyabr 2026 - 09:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.