“Azərbaycanla sərhəddə postları Paşinyanın şəxsi xahişi ilə yerləşdirmişdik”- Rusiya səfiri

Ermənistan-Azərbaycan sərhədlərində Rusiya sərhədçilərinin müşahidə məntəqələri Ermənistan baş naziri Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.

Azpost.info xəbər verir ki, bunu Rusiya səfiri Sergey Kopırkin bildirib.

Onun sözlərinə görə, İrəvan bu məsələni hüquqi cəhətdən legitimləşdirməyib.

“Bizim o müşahidə postlarımızın 2020-ci ildə vəziyyətin sabitləşməsinə kömək etmək üçün Nikol Paşinyanın şəxsi xahişi ilə Rusiya hesabına Azərbaycanla sərhəddə yerləşdirildiyini heç xatırlatmayacağam”, – səfir qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.