Bərdədə çoban qoyun dərmanından zəhərlənib öldü

07 Fevral 2020 - 10:48

Bərdə sakini zəhərlənmədən ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndindəki fermalardan birində baş verib.

Rayonun Əyricə kəndində qeydiyyatda olmaqla Kərimbəyli kəndindəki fermada yaşayan, 1989-cu il təvəllüdlü Bağırov Şamxal Telman oğlu işlədiyi fermada xırdabuynuzlu heyvanları kimyəvi məhlulla yuyarkən “Neastol” məhlulundan zəhərlənib. Ş.Bağırov yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.