“Yüksəliş” müsabiqəsinin sınaq imtahanı keçiriləcək –Sabah

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.

Bu gün bununla bağlı keçirilən mətbuat konfransında Gənclər və idman nazirinin müavini, “Yüksəliş müsabiqəsi” ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, 2019-cu il dekabrın 27-dən başlayan mərhələ 2020-ci il fevralın 2-də tamamlanıb.

Bu müddətdə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib. Müsabiqəyə qəbul edilənlərin 2339 nəfəri qadın, 7436 nəfəri kişidir. Onların 40 faizi 21-30 yaş (3910 nəfər), 46,95 faizi (4589 nəfər) 31-40 yaş, 13,05 faizi (1276) 41-51 yaş qruplarına daxildir. Müsabiqəyə 1999-cu il təvəllüdlü 28 nəfər, 1990-cı il təvəllüdlü 622, 1968-ci il təvəllüdlü 12 nəfər müraciət edib. Müsabiqəyə 1000 nəfər dövlət qulluqçusu qatılıb. Müsabiqəyə ən çox Bakı-Abşeron (53,70%) və Aran (11,42 faiz) zonalarından, ən az Naxçıvandan (1,80 %) qatılıblar.

Qeydiyyat mərhələsi ərzində müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, bölgələrdəki şəxslərin müsabiqədə qeydiyyatdan keçmələrinə dəstək olmaq məqsədilə yanvarın 21-31 tarixlərində “Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə səfər edib. 778 şəxs səyyar qeydiyyat vasitəsilə qeydiyyatdan keçib. Ümumilikdə qeydiyyatdan keçənlərin ərazi üzrə bölgüsündə Bakı, Sumqayıt, Gəncə şəhərləri, Lənkəran və Şəki rayonlarından olan namizədlər üstünlük təşkil edir.

Fevralın 8-də müsabiqənin növbəti – onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçiriləcək. Fevralın 16-da müsabiqənin onlayn mərhələsinin ümumi bilik üzrə əsas imtahanı təşkil ediləcək. İmtahanda Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla hər fənn üzrə 21 sual təqdim olunacaq.

Onlayn mərhələnin ikinci hissəsi olan qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər 3 blok – abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal məlumatlarla işləmək bacarığının, verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çindən gələnlərdən daha 3 nəfər Kliniki Tibbi Mərkəzdən buraxılıb

Sonrakı məqalə

Bərdədə çoban qoyun dərmanından zəhərlənib öldü