Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunub

28 Oktyabr 2020 - 11:45

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərova dəfn edilib.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

O, yaşadığı Qarayusifli kənd qəbiristanlığında yaxınlarının yanında torpağa tapşırılıb.