Bəşər Əsəd və xanımı koronavirusa yoluxub

08 Mart 2021 - 16:36

Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirus virusuna yoluxduqlarını bildiriblər.

Bu barədə RİA Novosti Suriya prezidentinin administrasiyasına istinadən məlumat yayıb: “Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”.

Bəşər Əsəd və həyat yoldaşının vəziyyətinin yaxşı, stabil olduğu qeyd edilir.