“Ərdoğanın Qarabağda Suriya Azadlıq Ordusundan istifadə etməsi barədə prezident Bəşər Əsədin açıqlaması onun Türkiyə prezidentinə qarşı şəxsi qərəzi ilə bağlıdır”.
Azpost.info bildirir ki, bu barədə Böyük Millət Məclisinin deputatı Öztürk Yılmaz RİA-ya bildirib.
“Əsədin Ərdoğana qaşrı şəxsi nifrəti var. Ona belə zərbə vurmaqla bütün Türkiyəyə zərbə vurur. Bəşər Əsədin bu əhəmiyyətsiz bəyanatı ucuz təbliğat alətindən başqa bir şey deyil”.
Yılmaz deyib ki, Türkiyənin Azərbaycanda və Aralıq dənizinin şərqində öz hüquqları və maraqları var.