“Bəşər Əsədin Qarabağla bağlı dedikləri Ərdoğana olan qərəzi ilə bağlıdır” –Türkiyəli deputat

“Ərdoğanın Qarabağda Suriya Azadlıq Ordusundan istifadə etməsi barədə prezident Bəşər Əsədin açıqlaması  onun Türkiyə prezidentinə qarşı şəxsi qərəzi ilə bağlıdır”.

Azpost.info bildirir ki, bu barədə Böyük Millət Məclisinin deputatı Öztürk Yılmaz RİA-ya bildirib.

“Əsədin Ərdoğana qaşrı şəxsi nifrəti var. Ona belə zərbə vurmaqla bütün Türkiyəyə zərbə vurur. Bəşər Əsədin bu əhəmiyyətsiz bəyanatı ucuz təbliğat alətindən başqa bir şey deyil”.

Yılmaz deyib ki, Türkiyənin Azərbaycanda və Aralıq dənizinin şərqində öz hüquqları və maraqları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağda atəşi dayandırmağa kömək edin” –

Sonrakı məqalə

Azərbaycan və Türkiyə XİN başçıları arasında təkbətək görüş keçirilir