“Qarabağda atəşi dayandırmağa kömək edin” –BMT baş katibi dünya liderlərinə müracət etdi

BMT-nin baş katibi Antoniu Qutteraş regional və beynəlxalq qüvvələri erməni-azərbaycanlı münaqişəsi zonasında təcili atəşin dayandırılması üçün köməyə çağırıb.

Azpost.info bildirir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Dyucarrik bəyan edib.

BMT baş katibi Qarabağdakı münaqişə zamanı mülki şəxslərin yaşadığı yerlərin atəşə tutulmasından ciddi narahat olduğunu deyib.

“Baş katib bir daha bildirir ki, münaqişənin hərbi həll yolu yoxdur. O, tərəfləri hərbi əməliyyatı dayandırmağa çağırır”-deyə Dyucarrikin bəyanatında vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Bəşər Əsədin Qarabağla bağlı dedikləri Ərdoğana olan qərəzi ilə bağlıdır” –