“Bəs niyə özünü hələ də güllələməmisən?” –

Paşinyan Sərksiyana cavab verdi
07 İyun 2021 - 17:17
In this photo taken on Sunday, April 22, 2018, former Armenian President Serzh Sargsyan, left, leaves a meeting with protest leader Nikol Pashinian, right, in Yerevan, Armenia. Armenian Prime Minister Serzh Sargsyan has resigned, according to his website. (Hrant Khachatryan/PAN Photo via AP)

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan keçmiş prezident Serj Sərksiyana cavab verib.

Nikol Paşinyan Serj Sərksiyana ölkədəki silahların böyük hissəsinin onun prezidentlik dövründən sonra alındığı üçün nəyə görə özünü hələ də güllələməməsi barədə ritorik sual ünvanlayıb.

“O, deyir ki, əgər ali baş komandan olsaydı, özünü güllələyərdi. Bəs Ermənistanın silahlarının 75 faizinin son iki ildə alınması özünü güllələmək üçün səbəb deyilmi? Əgər Monte-Karlo kazinosunda əsgərlərdən oğurlanan milyonları uduzsaydı özünü güllələyərdi?”, – deyə N.Paşinyan bildirib.

Xatırladaq ki, daha əvvəl Sarqsyan seçicilərlə görüş zamanı Paşinyanı 10 min insanın ölümündə günahlandırıb və onun yerində olsaydı, özünü güllələyəcəyini bildirib.